Avstraliya-Antarktika qalxması
Avstraliya-Antarktika qalxması — Hind okeanının cənub-şərq hissəsində, 80 və 160° ş. u arasında yerləşir. Silsilə Mərkəzi Hind silsiləsi və Cənubi Sakit okean silsiləsi ilə dərhəd təşkil edir.
Uzunluğu 6000–6500 km, eni isə 500–550 km arasında dəyişir. Maksimal 800 km-dir. Ən aşağı dərinliyi 1145 m təşkil edir.
Silsilənin qərbində Amsterdam və Sen-Pol adaları yerləşir. Şimalda Mərkəzi Hind silsiləsinə keçir. Burada Amsterdam qırılması ilə ayrılır. Şərqdə isə silsilə Makkuori üçlük nöqtəsində Makkuori silsiləsi və Cənubi Sakit okean silsiləsinə keçir.